Modern.az

PJB üzvləri şəhid jurnalistin məzarını ziyarət etdilər - FOTOLAR  

PJB üzvləri şəhid jurnalistin məzarını ziyarət etdilər - FOTOLAR  

22 İyul 2021, 14:29

22 iyul - Milli Mətbuat günündə Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri Kəlbəcərdə şəhid olan jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər.

 

Modern.az-ın məlumatına görə, PJB nümayəndələri M.İbrahimovun məzarı üzərinə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla anıblar.

 

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.

 

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir