Modern.az

Tovuzda piyadanı vuran sürücü saxlanıldı

Tovuzda piyadanı vuran sürücü saxlanıldı

Aktual

23 İyul 2021, 23:28

Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

 

Hərəkətdə olan "VAZ 2107"markalı avtomobil yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Əsədov Sübhan Tofiq oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Qeyd edək ki, piyadanı vuran "VAZ 2107"markalı avtomobilin sürücüsü polis tərəfindən saxlanıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir