Modern.az

Türkiyə millisi Olimpiya çempionunu darmadağın etdi

Türkiyə millisi Olimpiya çempionunu darmadağın etdi

25 İyul 2021, 20:58

Voleybol üzrə Türkiyənin qadınlardan ibarət yığma komandası Olimpiya Oyunlarına uğurlu start verib.

 

Modern.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, ay-ulduzlu komanda B qrupu çərçivəsində keçirdiyi ilk qarşılaşmada Çin seçməsindən üstün olub.

 

Türkiyəli xanımlar son Olimpiya çempionunu hər üç hissədə məğlub edərək, oyunu 3:0 hesabıyla qazanıblar.

 

Millinin növbəti rəqibi İtaliya yığması olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!