Arxiv
22 İyul 2021, 17:53 | QARABAĞ
Qarabağın turizm planı: Nələr gözlənilir?

Azərbaycanın Vətən Müharibəsində qələbəsindən sonra “Böyük Qayıdış” konsepsiyasına uyğun olaraq, ərazinin bərpa və yenidənqurması, bölgənin dirçəldilməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması istiqamətində işlər sürətlə davam etdirilir. Ali Baş Komandan, prezident İlham Əliyevin də qeyd etdiyi kimi azad edilmiş ərazilərimizdə salınacaq “ağıllı şəhər”, “ağıllı kənd” layihələri əsasında aparılan yenidənqurma işləri “Böyük Qayıdış”ın keyfiyyətcə yeni bir həyata qayıdış olacağını göstərir.

 

Azad edilmiş Qarabağ torpaqları bütün imkanları ilə Azərbaycanın ən vacib regionlarından biridir. Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Qarabağın turizm potensialı kifayət qədər genişdir. Burada turizmin bir çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar mövcuddur.

 

Turizm mütəxəssislərinin fikrincə, Azərbaycanın qədim tarixə malik olan bu bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək.

 

Qarabağda turizmin inkişafı ilə bağlı aktiv fəaliyyətə başlayan Dövlət Turizm Agentliyi növbəti illər üçün əsas hədəflərini elan edib.

 

Bu barədə Modern.az-a danışan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Azərbaycanın 2030-cu ilə qədər iqtisadi prioritetlərinin müəyyənləşdirildiyini və buna uyğun olaraq turizm strategiyasının hazırlandığını söyləyib. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilər - Qarabağ və Şərqi Zəngəzurla bağlı planlar artıq müəyyənləşib:

 

“Burada iki yanaşma var: birincisi klaster yanaşmasıdır. Yəni turizm məhsullarının və potensialının cəmləşdiyi yerlərdə görüləcək işlərə başlanmasıdır. Digər yanaşma dəhlizlər üzrə yanaşmadır. Həmin ərazilərdə əsas dəhlizlər olacaq və bunun üzərində yeni turizm layihələri, infrastruktur, marşrutlar və turizm məhsulları qurulacaq.

 

Bölgənin turizm potensialı çox genişdir. Qarabağda yeni otellər tikiləcək. Amma bundan öncəki mərhələlər təhlükəsizliyin təmin edilməsi, infrastrukturun qurulması və insanların buraya qayıdışıdır. Həmçinin turizmyönlü insan resurslarının, kadrların hazırlanmasına artıq başlanıb. Turizm marşrutlarına uyğun olaraq, ilk “Yolumuz Ağdamadır” devizi ilə marşrut təqdim olunacaq. Daha sonra “Yolumuz Qarabağadır” konsepsiyası ilə marşrutlar qurulur. Yaxın zamanlarda artıq bir neçə marşrut ictimaiyyətə təqdim ediləcək. Bu marşrutlarda xüsusi dəhlizlər üzərindən təhlükəsizlik məsələləri nəzərə alınacaq. İlkin mərhələdə həmin dəhlizlər üzərində sanitar qovşaqların qurulması, tullantılar və qidalanma ilə bağlı məsələlərin həlli nəzərdə tutulur. Bununla da həmin marşrutlar daxili turistlərin istifadəsinə veriləcək”.

 

Qurum rəsmisi onu da qeyd edib ki, agentlik bələdçilərin hazırlığı işinə də başlayıb. Bununla paralel olaraq turizm potensialının daxili və xarici auditoriyada tanıdılması işləri aparılır:

 

“İlk dəfə may ayında Körfəz ölkələrində, daha sonra İstanbulda və digər yerlərdə canlı tanıtımlarımız keçirildi.

 

Hər rayonun özünəməxsus turizm potensialı var. Məsələn, Kəlbəcər rayonunu götürsək, burada təbiət, mədəniyyət, sağlamlıq, qış turizmi məhsullarının daha çox inkişaf etdirilməsi planlaşdırılır. Şuşada isə önəmli məqam tarixi-mədəni abidələrin, resursların tanıtımı, festivalların keçirilməsi üzərində turizm planları var. Ağdamda daha çox işgüzar turizm imkanları araşdırılır ki, gələcəkdə istifadəyə verilsin. Planlar böyükdür. İş görüldükcə, təbii olaraq, ictimaiyyətə daha çox məlumat veriləcək. Dövlət Turizm Agentliyi olaraq, əsas fəaliyyətlərimizdən biri Qarabağın turizm potensialını inkişaf etdirmək və Qarabağın turizm destinasiyasını tanıtmaqdır”.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa isə Qarabağa “Böyük Qayıdış” əsasında turizmin inkişafını təmin etmək üçün ciddi dövlət proqramının həyata keçirilməsinin tərəfdarıdır. Deputatın fikrincə, məcburi köçkünlərin qayıdışı məsələsində bir qədər tələsməyə ehtiyac var:

“Müəyyən addımlar atılmalıdır. “Böyük Qayıdış”ı indidən, ən azından kənd-kənd reallaşdırmalıyıq ki, bu istiqamətdə Azərbaycanın davamlı siyasəti dəstəklədiyi aydın olsun. Əhali öz yurdlarına qayıdandan sonra turizmi inkişaf etdirmək olar. Çünki bu sahə insan potensialı tələb edir və yeni iş yerlərinin açılması deməkdir. İşçi qüvvəsini yerli əhalinin arasından seçmək mümkündür. Turizmlə bağlı xarici investorların cəlb olunması labüddür, amma bu o zaman daha cəlbedici olur ki, yerli əhali də fayda götürə bilsin. Belə olarsa, investorlar da əlavə xərclərdən, daşınma, yerləşdirmə kimi qayğılardan azad olurlar. Böyük əksəriyyət hesab edir ki, insanlar oraya qayıdarsa, bölgəyə giriş və çıxış daha rahat olacaq. İnfrastrukturun qurulması prosesində, tikinti və infrastruktur işlərində materialların yerində istehsalı onun daşınmasından daha rahat və ucuz başa gəlir. Bütün bunları maneəsiz həyata keçirmək üçün təhlükəsizlik məsələsi tam həllini tapmalıdır”.

 

Deputat Qarabağ ərazisində yenidənqurma işlərinə maddi imkanı yüksək olan vətəndaşların da yardımçı ola biləcəyini düşünür:

 

“İlk olaraq Rusiyada, Türkiyədə və digər xarici ölkələrdə yaşayan imkanlı azərbaycanlıları bərpa prosesinə cəlb etmək mümkündür. Məsələn, həmin şəxslərə müraciət edərək, konkret layihə əsasında, arxitektura və şəhərsalma qaydalarına əməl edərək öz hesabına ev inşa etmək məqsədi çatdırılsın. Mən inanıram ki, çox sayda qarabağlı bunu etməyə razılaşacaq. Onlar prosesə qoşularsa, dövlətin müəyyən mərhələdə yüklənməsini azaltmaq olar. Amma sonradan paralel olaraq, imkanı çatmayan ailələr üçün dövlət tikintiləri gerçəkləşdirəcək. Beləliklə, qısa müddətdə “Böyük Qayıdış”ı təmin edib, bütün sahələrin, o cümlədən turizmin inkişafına yüksək səviyyədə nail olmaq mümkündür”.

 

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" mövzusu üzrə dərc olunub.

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34