Modern.az

Sumqayıtda mübahisə ölümlə nəticələndi

Sumqayıtda mübahisə ölümlə nəticələndi

28 İyul 2021, 00:19

Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Cerkassı küçəsində qeydə alınıb.

 

1981-ci il təvəllüdlü Quliyev Nurəddin Fəxrəddin oğlu aralarında düşən mübahisə zamanı tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

40 yaşlı kişi aldığı bıçaq zərbələrindən ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.


N.Quliyevi öldürən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu