Arxiv
30 İyul 2021, 09:33 | QARABAĞ
Üç Milli Qəhrəmanın doğum günüdür

Bu gün Azərbaycanın 3 Milli Qəhrəmanı - Fəxrəddin Musayev, Nadir Əliyev və Aqil Məmmədovun doğum günüdür.

 

Modern.az-ın məlumatın görə, Fəxrəddin Musayev 30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olub. 1964-1974-cü illərdə orada təhsil alıb. 1975-ci ildə hərbi xidmətə çağırılıb, Çexoslovakiyada, sonra isə Orenburq vilayətində xidmət edib.

 

1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olub, 1982-ci il məktəbi fərqlənmə diplomu ilə bitirib. Milli Ordu yaranandan sonra Vətənə dönüb və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edib. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. 1992-ci il 11 aprelində baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən şəhid olub.

 

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır. Yaşadığı binanın önünə barelyefi vurulub.

 

Ailəli idi, bir oğlu yadigar qalıb.

 

Nadir Əliyev 1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulub. 1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil alıb. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləyib.

 

1993-cü ilin yanvar ayında MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunub. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü rəhbərliyə raportla müraciət edib, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərib, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərib və qəhrəmancasına şəhid olub.

 

Azərbaycan Respublikası prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Suraxanı rayonundakı 282 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

 

Ailəli idi. İki övladı yadigar qalıb.

 

Aqil Məmmədov 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açıb. 1984-cü ildə Qubadlı rayonunda 2 saylı orta məktəbi bitirdikdən sonra təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirib. O, Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlayıb.

 

A.Məmmədov 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıdıb. Məmmədov Qubadlı rayon özünümüdafiə taboruna qoşulub. Ermənistanla səhrəd kəndlərin müdafiəsində qəhrəmanlıqlar göstərib, “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınıb. O, dəfələrlə cəsur kəşiyyatçı yoldaşları ilə birlikdə Ermənistanın Qafan və Gorus rayonlarına keçərək, çoxlu hərbi girovla geri qayıdıb.

 

1992-ci il iyun ayında dörd nəfər laçınlının girov aparılması onu hədsiz dərəcədə hiddətləndirib. Girovları geri qaytarmaq üçün öz dəstəsi ilə əməliyyata başlayıb. Bir neçə saatdan sonra erməni zabitini ələ keçirərək rayon mərkəzinə gətiribər. Elə həmin gün ermənilər dörd laçınlını erməni zabiti ilə dəyişməyə məcbur olurlar. O, dəfələrlə belə şücaətlər göstərib və hərbi hissədə ad-san qazanıb. 1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyinə hücum edilməli idi. Hər şey kəşfiyyatçılardan asılı idi. Aqil öz dəstəsi ilə tapşırığı müvəffəqiyyətlə yerinə yetirib geri dönərkən, gözlənilmədən mühasirəyə düşüb. O, öz dəstəsini bu çətin vəziyyətdən çıxarmaq üçün müxtəlif yollar düşünüb. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv edərək, mühasirəni cəsarətlə yarıblar. Döyüş dostlarına qarşı tərəfin minalandığını bildirib. Bir qədər getdikdən sonra özü minaya düşərək ağır yaralanıb. Yoldaşları onu təhlükəli yerdən çıxarmağa çalışıblar. Lakin çoxlu qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmayıb.

 

Aqil Məmmədov 5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı Heydər Əliyevin 457 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qubadlı rayonu Şəhidlər Xiyabanında dəfn edilib. Məmmədovun təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır. Hazırda bu məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir. Qubadlıda və Gəncədə adına küçələr var.

 

Ailəli idi. 1 qız övladı yadigar qalıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Arılar nəsli kəsilməkdə olan 63 pinqvini öldürüblər 21 Sentyabr 2021, 00:50 TAP ilin təbii qaz layihəsi mükafatına layiq görüldü 21 Sentyabr 2021, 00:31 “Pfizer” 5-11 yaş qrupları üçün də effektivdir 21 Sentyabr 2021, 00:23 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 21 Sentyabr 2021, 00:14 Livanda yeni hökumətə etimad göstərildi 20 Sentyabr 2021, 23:57 Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olunub 20 Sentyabr 2021, 23:31 Türkiyədə daha 231 nəfər virusdan ölüb 20 Sentyabr 2021, 23:20 Bakıda yaşayış binasında yanğın 20 Sentyabr 2021, 23:05 Ərdoğan Quterreşlə görüşdü 20 Sentyabr 2021, 22:52 ABŞ-da “Türk evi”nin açılışı oldu 20 Sentyabr 2021, 22:41 Bayden Makronun etirazına məhəl qoymur 20 Sentyabr 2021, 22:28 İnternetlə bağlı problemlər müzakirəyə çıxarıldı 20 Sentyabr 2021, 22:09 Daha bir ölkədə peyvəndin 3-cü dozası vurulacaq 20 Sentyabr 2021, 22:07 2 milyonluq oğurluq edən “alpinist”dən XƏBƏR VAR 20 Sentyabr 2021, 21:49 Şəhid anasını aldadan zatıqırıqlar.. 20 Sentyabr 2021, 21:46 Azərbaycanı hədələyən İran mollasına kim cavab verəcək: Allahşükür Paşazadə, yoxsa Hacı Şahin?.. 20 Sentyabr 2021, 21:40 Küveyt mətbuatı Azərbaycan nəqliyyatından yazdı 20 Sentyabr 2021, 21:37 "Azərxalça”nın sabiq sədrinin işi məhkəməyə göndərildi 20 Sentyabr 2021, 21:27 ABŞ-a gedənlərdən bunlar tələb olunacaq 20 Sentyabr 2021, 21:13 “Qarabağ” “Sumqayıt”ı məğlub etdi 20 Sentyabr 2021, 20:58 “ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb? 20 Sentyabr 2021, 20:54 "Texnofest-2022" Azərbaycanda keçiriləcək 20 Sentyabr 2021, 20:42 "Qarabağ"ın müdafiəçisi zədələndi 20 Sentyabr 2021, 20:34 ABŞ-da yoluxma sayı 42 milyonu keçib 20 Sentyabr 2021, 20:20 Heyvandarlıq məhsulları “fermadan süfrəyədək” izlənəcək 20 Sentyabr 2021, 20:02 Avtovağzaldan çıxan avtobusların sayı 2 dəfə artırılır 20 Sentyabr 2021, 19:59 Azərbaycan və Fransa minatəmizləməyə dair sənəd imzalayacaq 20 Sentyabr 2021, 19:45 Neft-qaz sektoruna nə qədər investisiya qoyulub? - RƏSMİ 20 Sentyabr 2021, 19:31 Nazirlik qazinin şikayəti ilə bağlı açıqlama yaydı 20 Sentyabr 2021, 19:28 Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkarlandı 20 Sentyabr 2021, 19:19 Türkiyə hərbçiləri Naxçıvanda gəldi - VİDEO 20 Sentyabr 2021, 19:13 Şəhid ailəsinə qarşı dələduzluq edənlər saxlanıldı - VİDEO   20 Sentyabr 2021, 19:08 İlham Əliyev Vladimir Putini təbrik edib 20 Sentyabr 2021, 19:05 Dolların sabaha olan məzənnəsi 20 Sentyabr 2021, 18:54 Meşə materiallarını daşıyan şəxslər müəyyən edildi 20 Sentyabr 2021, 18:47
SORĞU Hansı vaksinə etibar edirsiniz?