Arxiv
30 İyul 2021, 15:58 | AKTUAL
Konfutsi İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib

 

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun onlayn yay lektoriyası fəaliyyəti çərvisində Konfutsi İnstitutunun direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Çin Xalq Azadlıq Ordusunun yaranmasının 94-cü ildönümünə və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 illiyinə həsr olunmuş “Azərbaycan və Çinin silahlı qüvvələri: ərazi bütövlüyünün və suverenliyinin keşiyində” mövzusunda mühazirə oxuyub.

 

R.Abbasov Azərbaycan Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı kimi ordumuzun tarixindən söz açaraq,  bu gün dünyanın 50 ən güclü orduları sırasında yer aldığını,  eyni zamanda regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynadığından danışıb.

 

R.Abbasov mühazirəsində Müzəffər Ali Baş Komandan - Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə düşmənin işğalında olan tarixi torpaqlarımızı azad etdiyini və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olduğunu  xüsusilə vurğulayıb. 

 

R.Abbasov iki ölkənin hərbi-siyasi və hərbi-texniki əlaqələrinin inkişaf perspektivlərindən, İpək Yolunun dirçəldilməsində Azərbaycanın geostrateji rolundan, Çin hərbi-sənaye kompleksinin modernləşdirilməsinin, hərbi-siyasi prioritetlərindən dünyanın müasir geosiyasi proseslərində Azərbaycan və Çinin iştirakından danışıb. O, həmçinin Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib. 

 

O, milli təhlükəsizlik strategiyasının və ÇXR-ın hərbi strategiyasının əsas prinsipləri, Çin Xalq Azadlıq Ordusunun beynəlxalq əməkdaşlıq, beynəlxalq xilasetmə əməliyyatlarında, humanitar yardımı təmin etmək tədbirlərində və anti-terror hərbi təlimlərində Çin hərbçilərinin iştirakı haqqında ətraflı məlumat verib. Çin də Azərbaycan kimi sülhməramlı missiyaların həyata keçirilməsində BMT-yə dəstək verməkdədir. R.Abbasov həmçinin qeyd edib ki, 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyasının iclasında ÇXR-in sədri, ÇKP MK-nın Baş Katibi Si Cinpin milli müdafiəsinin və Silahlı Qüvvələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıb, Silahlı Qüvvələrin COVID-19 ilə mübarizədə rolunu yüksək qiymətləndirib.

 

R.Abbasov qeyd edib ki, iki ölkə arasındakı hərbi-diplomatik təmaslara Çinin Müdafiə Nazirliyi və digər güc strukturları nümayəndələrinin səfərləri ilə yanaşı, Azərbaycan müdafiə nazirinin ÇXR-in hərbi attaşeləri ilə müntəzəm görüşləri zamanı bölgənin hərbi-siyasi problemləri, iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı dəstəkləyir, Azərbaycan da öz növbəsində “Vahid Çin” siyasətini dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatlarını tanıyır. Azərbaycan Müdafiə Nazirliyi ilə ÇXR arasında ölkəmizə əvəzsiz hərbi yardım göstərilməsinə dair bir sıra müqavilələr imzalanmış və bununla yanaşı, Çin Xalq Azadlıq Ordusunun köməyi ilə 100-dən çox Azərbaycan ordusunun zabiti Çində müvafiq kurslarda təhsil almışdır. Çin, həmçinin Azərbaycanın elmi və qurucu potensialından istifadə edərək, hərbi-texniki sahədə Azərbaycanla əməkdaşlığını inkişaf etdirməkdə, hərbi və ikili istifadə texnologiyalarını tanıtmaqda maraqlıdır. 

 

R.Abbasov, həmçinin qədim Çində hərbi-fəlsəfi düşüncə tarixi, Çin sivilizasiyasının formalaşmasında hərbi doktrinasının rolu, sənəti və hərbi texnologiyaların inkişafına çinlilərin töhfə və orta əsr Çin ordusunun ən əhəmiyyətli döyüşlərindən və  Oğuz dastanı "Kitabi Dədə Qorqud"dakı türklərin hərbi sənətinin xüsusiyyətlərindən də söz açıb. 

 

Mühazirə zamanı Çinin ölkəmizdəki səfirliyinin hərbi, hərbi-dəniz və hərbi-hava attaşesi, baş polkovnik  Çjan Tsunqonun video müraciəti də səsləndirilib. 

 

Çjan Tsunqo  Çin Xalq Azadlıq Ordusunun tarixindən, ölkədə hərbi sahənin prioritetlərindən, milli müdafiə və orduda aparılan modernləşdirmə tədbirlərindən, Azərbaycan ilə əməkdaşlıqdan, perspektiv planlardan söz açıb. 

 

O, ölkələrimiz arasındakı hərbi əməkdaşlığın dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət etdiyini söyləyib. Çjan Tsunqo  Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpin rəhbərliyi ilə iki ölkə arasındakı hərbi əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu 25 Sentyabr 2021, 00:50 Argentinada təyyarə qəzası: Ölənlər var 25 Sentyabr 2021, 00:46 Ceyhun Bayramov BMT-də beş həmkarı ilə görüşdü - FOTOLAR   25 Sentyabr 2021, 00:22 ABŞ "Taliban"ın edam cəzasını bərpa etmək planını pislədi 25 Sentyabr 2021, 00:16 Sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək 25 Sentyabr 2021, 00:01 İraqda Türkiyə hərbçisi həlak oldu 24 Sentyabr 2021, 23:46 Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar 24 Sentyabr 2021, 23:22 Paşinyan: "Ermənistan davamlı sülh üçün dialoqa hazırdır" 24 Sentyabr 2021, 23:11 İsmayıllıda maşın dəmir maneəyə çırpıldı - Ölən var 24 Sentyabr 2021, 23:04 Hikmət Hacıyev İran xarici işlər nazirinin müavini ilə görüşdü 24 Sentyabr 2021, 22:52 Qarabağ həqiqətləri Latviya mətbuatında 24 Sentyabr 2021, 22:50 Türkiyə Suriyada daha 3 terrorçunu zərərsizləşdirdi 24 Sentyabr 2021, 22:35 "Brent" markalı neftin qiyməti 78 dolları keçdi 24 Sentyabr 2021, 22:13 Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu 24 Sentyabr 2021, 22:07 FHN əməkdaşları NATO təlimində iştirak etdilər 24 Sentyabr 2021, 21:53 ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi 24 Sentyabr 2021, 21:42 Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb 24 Sentyabr 2021, 21:29 Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu paylaşdı 24 Sentyabr 2021, 21:10 Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil 24 Sentyabr 2021, 20:49 Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatına qatılacaq 24 Sentyabr 2021, 20:38 Ceyhun Bayramov Cozef Borel ilə görüşdü 24 Sentyabr 2021, 20:25 Gələn ilin büdcə layihələri təsdiqləndi 24 Sentyabr 2021, 20:21 10 ildə Suriyada 350 mindən çox insan ölüb 24 Sentyabr 2021, 20:18 Tenderlərdə müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir 24 Sentyabr 2021, 20:02 Müasir hərbi texnikanın alınması əsas istiqamətlərdən biri olacaq 24 Sentyabr 2021, 19:50 Əli Əsədov: "Azad edilmiş ərazilərin bərpası ən əsas prioritetlərindədir" 24 Sentyabr 2021, 19:38 Gələn ilin dövlət büdcəsi müzakirə edildi 24 Sentyabr 2021, 19:33 Səfir İran Ordusunun sərhəddəki təlimlərindən DANIŞDI 24 Sentyabr 2021, 19:20 İran səfiri : “Özəl şirkətlər bu addımı atıblar” 24 Sentyabr 2021, 19:14 "8 ay ərzində cinayət hadisələrinin 85,3 %-nin üstü açılıb" - Nazir 24 Sentyabr 2021, 19:10 BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi 24 Sentyabr 2021, 19:00 Ağcabədidə minik avtomobili yandı 24 Sentyabr 2021, 18:56 Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDI 24 Sentyabr 2021, 18:52 Azercell Mobil Müştəri Xidmətləri Şuşada - VİDEO 24 Sentyabr 2021, 18:46 Şeyx İraqın neft naziri ilə görüşüb - FOTO 24 Sentyabr 2021, 18:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?