Modern.az

Fənn olimpiadasının qalibləri mükafatlandırıldı - FOTO

Fənn olimpiadasının qalibləri mükafatlandırıldı - FOTO

Aktual

Bu gün, 10:16

Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə keçirilən olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, fənn müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbiri açan Gülsüm Fətəliyeva olimpiadanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunduğunu qeyd edərək, qalibləri təbrik edib. O bildirib ki, yarışın əsas məqsədi istedadlı şagirdlərin aşkar edilməsi, onların bilik və bacarıqlarını sağlam rəqabət şəraitində nümayiş etdirmələrinə imkan yaratmaqdır.

Çıxışlardan sonra olimpiadanın nəticələri açıqlanıb. Nəticələrə əsasən, Gəncə şəhər 43 nömrəli tam orta məktəbin şagirdi Aynur Şərifova I yerə, 8 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Həsənova II yerə, 14 nömrəli tam orta məktəbin şagirdi Səfa Əliyeva isə III yerə layiq görülüb.

Qaliblərə fəxri fərmanlar təqdim olunub.

Bununla yanaşı, olimpiadanın təşkilində fəal iştirak etdiklərinə görə GDU-nun Filologiya və xarici dillər fakültəsinin əməkdaşları Aytən Müşkiyeva, Kafiyə Musayeva, Aynur Novruzova, Aygün Yusubova, Aytən Əhmədova, Samirə Quliyeva, Nərminə Əliyeva və Türkan Veysəlova təşəkkürnamələrlə təltif ediliblər.

Tədbirin sonunda məktəb direktorları, müəllimlər və valideynlər bilik yarışının təşkilinə görə universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu