Modern.az

FHN-dən xəbərdarlıq: bu sular həyat üçün ölümcül təhlükədir

FHN-dən xəbərdarlıq: bu sular həyat üçün ölümcül təhlükədir

Ölkə

Bu gün, 10:50

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-çimərlik ərazilərdə suya girmə halları ilə bağlı əhaliyə növbəti dəfə xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, FHN-in müraciətində bildirilir:

“Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüf ki, bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən istifadə halları yenə də müşahidə olunur. Bu isə bir sıra hallarda acı nəticələrə səbəb olur.

Belə ki, iyun ayının 1-dən bu günədək qeyri-çimərlik ərazilərdə 12 nəfərin bataraq ölməsi faktı qeydə alınıb.

Qeyd edilməlidir ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələri təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görünüşə və digər risk faktorlarına malikdir. Bu səbəbdən həmin ərazilərdən yay aylarında sərinlənmək məqsədilə istifadə həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələri nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu