İran Prezidenti Məsud Pezeşkian Ali Rəhbər Müctəba Xameneinin ABŞ-la aparılan danışıqalara icazə verməyini alqışlayıb.
Modern.az xəbər verir ki, Pezeşkian yayımladığı bəyanayda bildirib ki, danışıqlar ölkə üçün faydalar əldə etməyə yönəlib. Pprezidentin sözlərinə görə, o və Ali Milli Təhlükəsizlik Şurası İran xalqının hüquqlarını qorumağa sadiqdir.
Pezeşkian qeyd edib ki, Ali Rəhbərin xalqa müraciəti danışıqlar prosesində iştirak edən bütün tərəflərin məsuliyyətlərini müəyyənləşdirib.
“Prezident və Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi, həmçinin şuranın digər üzvləri ilə birlikdə, mən özümü onun narahatlıqlarına maksimum diqqət yetirməyə və İran xalqının hüquqlarını qorumağa borclu hesab edirəm”, – deyə Pezeşkian bildirib.
O vurğulayıb ki, rəsmilər üçün “qırmızı xətt” milli maraqların qorunması, eləcə də İran xalqının ləyaqətinin, şərəfinin və nüfuzunun saxlanılmasıdır.
“Şübhəsiz ki, danışıqlar heyətinin ən yüksək diqqəti və Allahın mərhəmətinə möhkəm inamı sayəsində böyük bir qələbə əldə olunacaq”, – deyə o əlavə edib.
Bu bəyanat cümə günü Ali Milli Təhlükəsizlik Şurası katibliyinin yaydığı oxşar açıqlamadan sonra verilib. Həmin açıqlamada ABŞ hər hansı öhdəliyini pozacağı təqdirdə cavab tədbirləri görüləcəyi barədə xəbərdar edilib.