Modern.az

Oğuzda narkotik alverçiləri saxlanıldı

Oğuzda narkotik alverçiləri saxlanıldı

Aktual

Bu gün, 09:59

Oğuz rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən Elşad Əzizov (41 yaş), Tural Əsgərov (42 yaş), Siyavuş Məmmədov (61 yaş) və İlqar Zeynalov (62 yaş) saxlanılıblar.

Onların üzərindən və yaşadıqları ünvanlardan 1 kiloqramdan artıq marixuana, həmçinin 1 ədəd odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV