Modern.az

Türkiyədə planlaşdırılan terror aktının qarşısı alındı

Türkiyədə planlaşdırılan terror aktının qarşısı alındı

Aktual

30 İyul 2021, 18:10

Türkiyədə planlaşdırılan terror aktının qarşısı alınıb.

 

Modern.az Anadolu agentliyinə istinadla xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

 

Məlumatda bildirilib ki, təhlükəsizlik qurumlarının əməkdaşlarının iyulun 29-da Mardin-Kızıltəpə avtomagistralında saxladıqları avtomobildə iki kiloqram çəkidə kustar üsulla hazırlanmış bomba aşkarlanıb. Həmin bombaların aşkarlandığı şəxsin PKK/KCK terror təşkilatının üzvü olduğu müəyyən edilib.

 

Faktla bağlı Mardin Polis İdarəsində istintaq aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır