Modern.az

Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı

Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı

Aktual

1 Avqust 2021, 14:29

Azərbaycan boksçusu Alfonso Dominges "Tokio-2020" Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz kubalı Arlen Lopeslə üz-üzə gəlib.

 

Rəqibinə məğlub olan Dominges olimpiadanın bürünc medalına layiq görülüb.

 

Qeyd edək ki, mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan Dominges birinci görüşdə özbəkistanlı Dilşodbek Ruzmetova 4:1 hesabı ilə qalib gəlib. İdmançımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada Türkiyə təmsilçisi Bayram Malkanı 5:0 hesabı ilə məğlubiyyətə uğradıb.

 

26 yaşlı Alfonso Domingez 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunlarının qalibi olub.

 

Bununla da Azərbaycan boksçularının “Tokio-2020”də mübarizəsi başa çatıb. Olimpiadaya beş idmançı ilə qatılan boks yığmamızın üzvlərindən Tayfur Əliyev (57), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69) və Məhəmməd Abdullayev (+91 kq) “Tokio-2020”ni medalsız başa vurublar.

 

Xatırladaq ki, Azərbaycan millisinin aktivinə digər medalı qadın cüdoçu İrina Kindzerska yazdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir