Modern.az

“Arzu ömrü uzatmır”

“Arzu ömrü uzatmır”

Aktual

2 Avqust 2021, 13:43

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, “Polis” qəzetinin redaktoru, polis polkovnik-leytenantı Hafiz Təmirovun "Arzu ömrü uzatmır” adlı yeni kitabı işıq üzü görüb.

 

Modern.az xəbər verir ki, oxucuların görüşünə könlü dolu gələn müəllifin növbəti kitabında yeni şeirləri ilə yanaşı, Vətənə, torpağa, sevgiyə və Vətən mühəribəsi qəhrəmanlarına həsr olunmuş publisistik məqalələr daxil edilib.

 

Kitabın redaktoru 178 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Nəbiyeva, on sözün müəllifi isə 100 nömrəli tam orta məktəbin müəllimi, Azərbaycan Yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsü Könül Səiddir.

 

Şair-polisin böyük yaradıcılıq təcrübəsi var. Belə ki, 2009-cu ildə istedadlı gənclər üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülən H.Təmirovun "Sevgi dolu ürəyəm", “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”, “Dərdimdəm ölən dərdlərim”, “İşıq”, “Sevgi də bir Vətəndir”  və “Xatirən var”  kitabları oxucuların və sənət cameəsinin rəğbətini qazanıb.

 

Qeyd edək ki, polis polkovnik-leytenantı Hafiz Təmirov Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır