Arxiv
2 Avqust 2021, 16:25 | AKTUAL
Naftalanda arxeoloji işlər aparılır

 

Abidə Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində aşkar edilmiş, ilkin arxeoloji tədqiqatlar həyata keçirilmişdir. Yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Yerli əhali tərəfindən ərazi əsrlər boyu Qalaboynu adlandırılması, abidənin quruluşu və aşkar olunan maddi mədəniyyət nümunələrinə əsasən buranın Qala tipli yaşayış yeri olması ehtimalını irəli sürmək olar. 

 

Abidənin üst təbəqəsinin orta əsrlər dövrünə, alt təbəqənin isə tunc dövrünə aiddir. 

 

Orta əsrlər dövrünə aid mədəni təbəqədən qaya daşından və qırmızı bişmiş kərpicdən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinib. 

 

Tunc dövrünə aid təbəqədən çiy kərpicdən inşa olunmuş tikili qalıqları aşkar edilmişdir.

 

Abidənin yerləşdiyi ərazi təbii-coğrafi baxımdan çox əlverişli yerdə yerləşir, həmçinin ətəyindən vaxtilə bol sulu çay keçmişdir. Çay yatağının ətrafı eneolit dövründən başlayaraq, orta əsrlərə qədər olan 6 min illik tarixi özündə əks etdirən yaşayış yerləri və qəbir abidələri ilə zəngindir. 

 

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent  Müzəffər Hüseynovun verdiyi məlumata əsasən Azərbaycanda qədim dövrə aid abilələrin bir ərazidə bu qədər sıx yerləşdiyi ikinci bir məkanı təsəvvür etmək çətindir.  Belə ki, abidənin ətrafında Osmantəpə, Hacallı, Tatarlı, Səfikürd kurqanları, Muncuqlutəpə ilk dəmir dövrü nekropolu, Göl yeri və digər qədim dövrə aid yaşayış yeri yerləşir. 

 

Bu isə Naftalan şəhərinin dünyada analoqu olmayan şəfaverici nefti ilə yanaşı həm də  böyük arxeoloji turizm potensialına malik olduğunu göstərir.

 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynovla birgə Qalaboynu yaşayış yerinə baxış keçirmişdir.

 

Hazırda yaşayış yerində arxeoloji tədqiqatlar davam edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14
SORĞU Hansı vaksinə etibar edirsiniz?