Modern.az

Yol polisinin saxladığı sürücüdən narkotik götürüldü

Yol polisinin saxladığı sürücüdən narkotik götürüldü

3 Avqust 2021, 13:24

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri müvafiq tədbirlərlə avqustun 2-də saat 2 radələrində Yevlax rayonunun Qarxun kəndi ərazisində rayon sakini N.Cəfərovun idarə etdiyi “BMW” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sürücüdən sənədləri tələb etdikdə tabesizlik göstərməsinə baxmayaraq o, polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Avtomobilə baxış zamanı oradan çəkisi 3 kiloqram 625 qram olan marixuana aşkar edilərək götürülüb və sürücü ilə birgə Yevlax Rayon Polis Şöbəsinə təhvil verib.

 

Davam etdirilən tədbirlərlə N.Cəfərovun Aşağı Qarxun kəndi ərazisində atdığı, çəkisi 2 kiloqram 335 qram olan çətənə kolunun hissələri də aşkar edilərək götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?