Modern.az

Gürcüstanda yoluxma kəskin artır: Yeni antirekord  

Gürcüstanda yoluxma kəskin artır: Yeni antirekord  

3 Avqust 2021, 14:23

Gürcüstanda son sutka ərzində daha 4827 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 34 nəfər isə vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

 

Ötən 24 saat ərzində 1895 nəfər müalicə olunaraq sağalıb.

 

Bu günədək qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 428 min 670 nəfərə, müalicə olunaraq sağalanlar 388 min 893, pandemiya qurbanlarının sayı isə 5910-a çatıb.

 

Qeyd edək ki, sutkalıq 4827 nəfərin koronavirusa yoluxması son 6 ayın rekord göstəricisidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir