Modern.az

Ağsuda toy təşkilatçısı cərimələndi

Ağsuda toy təşkilatçısı cərimələndi

Aktual

4 Avqust 2021, 16:43

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon sakini Şamil Bəşirova məxsus evin həyətyanı sahəsində keçirilən toy məclisində iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub.

 

Polis əməkdaşları toyu təşkil edən şəxslərlə profilaktik söhbət aparıb, pandemiya dövrünün tələblərini onların diqqətinə çatdırıb. Ev sahibi Ş.Bəşirov barəsində isə qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır