Modern.az

Ukraynada azərbaycanlı gənc qətlə yetirildi

Ukraynada azərbaycanlı gənc qətlə yetirildi

4 Avqust 2021, 21:59

Ukraynada Azərbaycan vətəndaşı öldürülüb.

 

Modern.az xəbər verir ki, Şəmkir rayon İrmaşlı kənd sakini, 1996-cı il təvəllüdlü Laçın Nurəddin oğlu Məmmədov Odessa şəhərində odlu silahla qətlə yetirilib. Onun xüsüsi qruplaşma üzvləri tərəfindən qətlə yetirildiyi bildirilir.

 

Hadisənin hansı səbəbdən baş verməsi barədə hələ rəsmi məlumat yoxdur.

 

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. /report.az/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi