Arxiv
10 Avqust 2021, 12:44 | TƏHSİL
MİQ imtahanlarının müddəti 120 dəqiqə ola bilər - RƏSMİ (VİDEO)

“Sertifikasiya imtahanı ilə bağlı işçi qrupları tərəfindən hazırlıq işləri aparılır. Bunun icrası daha öncə planlaşdırılsa da pandemiya şəraiti imkan vermədi”.

 

Modern.az xəbər verir ki, bunu MediaTurk TV-ə müsahibəsində Təhsil İnstitutu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

 

Ölkədə pandemiya şəraitinin nəzərə alındığını qeyd edən mərkəz direktoru bildirib ki, şərait imkan verəcəyi təqdirdə məsələ ilə bağlı namizədlərə öncədən məlumat veriləcək.

 

Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu üzrə ötən həftə başa çatan imtahanlarla bağlı bəzi iradlar, o cümlədən sualların cavablandırılması üçün ayrılan vaxtın azlığı barədə narazılıqlara da aydınlıq gətirib. O, bildirib ki, imtahanların keçirildiyi səkkiz il müddətində imtahan vaxtı 90 dəqiqə müəyyənləşdirilib:

 

“Burada növbəti məqam ondan ibarətdir ki, 2020-2021-ci ildə müəllimlərin işə qəbul imtahanında məntiq bloku yığışdırıldı. Müəllimlərin bir şikayəti də ondan ibarət idi ki, "mən humanitar ixtisaslarda müəllim olacağam, nəyə görə məntiq suallarına cavab verməliyəm?" Bilirsiniz ki, təhsil verənlərin sertifikatlaşdırılması qaydaları tərtib olunub. O qaydalarda məntiq bloku yığışdırılıb və müəllimlərin işə qəbulu üzrə müsabiqə sertifikasiya imtahanına bərabər tutulduğu üçün 2020 və 2021-ci illərdə keçirilmiş müsabiqələrdə məntiq bloku artıq yoxdur.

 

Cənab nazir (Təhsil naziri Emin Əmrullayev -red) də öz çıxışında bildirdiyi kimi, burada namizədlərin bir hissəsi imtahanların müddətinin 120 dəqiqə olmasını istəyirdi. Biz sertifikasiya prosesinə hələlik başlamamışıq. Sertifikasiya prosesinə başladıqdan sonra ehtimal olunur ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin məhz 120 dəqiqə davam etməsi artıq aktuallaşsın və proses bundan sonrakı müddətdə 120 dəqiqə ərzində təşkil olunsun”.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyrut hadisələri ilə əlaqədar 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 GDU-nun prorektoru dünyasını dəyişdi 16 Oktyabr 2021, 00:08 Türkiyədə 181 nəfər koronavirusdan öldü 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda toy edir - FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı   15 Oktyabr 2021, 22:40 Vətən müharibəsindən bəhs edən filmə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına qarşı ETİRAZ 15 Oktyabr 2021, 22:08 Türkiyə-Azərbaycan-Gürcüstan parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara cəhdin qarşısı alındı 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Bu ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı bəyanat verildi 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər 2.2 dəfə ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən şəxs cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 LDU-da elmi-nəzəri konfrans keçirilib - FOTO 15 Oktyabr 2021, 18:30 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55