Modern.az

“Laçın dəhlizi”ndən gündə 200 maşın keçir - Rəsmi AÇIQLAMA

“Laçın dəhlizi”ndən gündə 200 maşın keçir - Rəsmi AÇIQLAMA

Qarabağ

16 Avqust 2021, 10:26

2020-ci ilin noyabr ayından indiyə kimi Rusiya sülhməramlı kontingentinin hərbçiləri 58 mindən çox nəqliyyat vasitəsinin və 210 minə yaxın insanın Laçın dəhlizi ilə Qarabağa və geriyə hərəkətini təmin ediblər.


Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.


“Müşahidə postunun şəxsi heyəti atəşkəs rejiminə riayət olunmasını nəzarətdə saxlayır, nəqliyyat vasitələrinin Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyini təmin edir, hər bir nəqliyyat vasitəsinə baxış keçirilərkən lazım gələrsə, axtarış aparılır. Keçid məntəqəsindən gündə təxminən 200 maşın keçir”,-deyə Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Vasili Davıdov qeyd edib.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü