Modern.az

Rus sülhməramlılar erməniləri Xocavənddəki Amaras monastrına apardı

Rus sülhməramlılar erməniləri Xocavənddəki Amaras monastrına apardı

17 Avqust 2021, 12:10

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri növbəti dəfə 200-dən çox ermənini Xocavənd rayonunda yerləşən Amaras monastrına ziyarət zamanı müşayiət ediblər.


Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Xəbərdə rus sülhməramlıların Xankəndidən Xocavənd bölgəsinə gedən erməni zəvvarları müşayiət etdiyi, lazımi təhlükəsizlik tədbirləri gördüyü qeyd olunur. 

10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya əsasən, monastr Qarabağın ermənilərin nəzarətində qalan hissəsində - Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşir. Sülhməramlı kontingentin əsgərləri hər gün monastırda keşik çəkir və Amarası ziyarət edən erməni zəvvarları müşayiət edir.

Xatırladaq ki, Amaras monastr kompleksi qədim alban abidəsidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı