Modern.az

Əli Əsədovdan Təhsil Nazirliyi ilə bağlı QƏRAR

Əli Əsədovdan Təhsil Nazirliyi ilə bağlı QƏRAR

Təhsil

21 Avqust 2021, 15:38

Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.

 

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.

 

Qərara əsasən, kollegiyanın tərkibi 9 nəfərdən ibarət olmaqla müəyyən edilib.

 

Bundan əvvəl kollegiyada 7 nəfər təmsil olunurdu.

 

Kollegiyanın üzvləri bölməsində Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini sözləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru sözləri ilə əvəz edilib və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü