Modern.az

AzTV-nin xanım rejissoru koronavirusdan öldü

AzTV-nin xanım rejissoru koronavirusdan öldü

24 Avqust 2021, 14:19

Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Ədəbi-dram və folklor verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövlud (Məmmədova) koronavirusdan vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə adı çəkilən redaksiyanın baş redaktor müavini Azər Qismət bildirib.

Onun sözlərinə görə, Arzu Mövlud bir anlıq boğulma içində vəfat edib. 10.01.1967-ci il təvəllüdlü rejissor 1986-cı ildən AzTV-də çalışırdı.

Mərhum rejissorun həyat yoldaşı da hazırda komadadır.

 Allah rəhmət eləsin...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir