Modern.az

İflic olmuş aktyor Azər Mirzəyevin səhhəti necədir?

İflic olmuş aktyor Azər Mirzəyevin səhhəti necədir?

Aktual

30 Oktyabr 2012, 16:51

Akademik Milli Dram Teatrının keçmiş direktor müavini, əməkdar artist Azər Mirzəyevin səhhəti normaldır. Modern.az-a bu haqda aktyorun özü məlumat verib. “Səhhətim hazırda normaldır. Özümü yaxşı hiss edirəm. Hələ ki evdəyəm. İşə çıxmağı düşünmürəm. Sağ olsun dostlarım, tez-tez baş çəkirlər, tək buraxmırlar məni”.

Qeyd edək ki, bu ilin mayında aktyor iflic olmuşdu, o, hələ də müalicəsini evdə davam etdirir.
Xatırladaq ki, Azər Mirzəyev bir müddət əvvəl Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsindən gedib.

Sevinc İltifatqızı
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi