Modern.az

Qaxdakı yanğın söndürüldü

Qaxdakı yanğın söndürüldü

Hadisə

25 Avqust 2021, 12:25

Qax rayonu, Güllük kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı dağlıq ərazidə 200 m² sahədə kol-kos və 2 ədəd palıq ağacı yanıb.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

 

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır