19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
27 Avqust 2021, 11:58 | İQTİSADİYYAT
“AzerGold”un xalis mənfəəti 300%-dək artıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2020-ci ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib.

 

QSC-dən Modern.az-a verilən məlumata görə, dünyanın tanınmış audit şirkətlərindən olan “PricewaterhouseCoopers” (PwC) tərəfindən aparılan maliyyə yoxlamalarına əsasən, əvvəlki illə müqayisədə 2020-ci ildə Səhmdar Cəmiyyətin qızıl hasilatında 8,7%, gümüş hasilatında isə 17,6% artım qeydə alınıb. Hesabat ilində qızıl və gümüşün beynəlxalq birjalarda satışından ölkə iqtisadiyyatına 110,2 mln. ABŞ dolları həcmində vəsait cəlb edilib ki, bu da 2019-cu illə müqayisədə 27,9% (24,04 mln. ABŞ dolları) çoxdur.

 

Bununla yanaşı, Səhmdar Cəmiyyətin ümumi mənfəəti, mənfəət marjası, xalis mənfəəti, eləcə də EBITDA (faiz, vergi və amortizasiya xərcləri çıxılmazdan əvvəlki əməliyyat mənfəəti) artıb. Belə ki, Cəmiyyətin ümumi mənfəəti 2019-cu illə müqayisədə 43,04 mln. ABŞ dolları və ya 141,3% artaraq 2020-ci ildə 73,5 mln. ABŞ dollarından çox olub. Ümumi mənfəətin satışdan gəlirlərə olan nisbəti ilə hesablanan ümumi mənfəət marjası 2019-cu ildə 35% idisə, 2020-ci ildə 66,7% təşkil edib. Cəmiyyətin xalis mənfəəti isə 2019-cu illə müqayisədə təqribən 35,8 mln. ABŞ dolları (287,3%) artaraq 2020-ci ildə 48,2 mln. ABŞ dollarından çox olub. “AzerGold” QSC 2019-cu ili təqribən 43,9 mln. ABŞ dolları EBITDA ilə başa vurmuşdusa, 2020-ci ildə bu göstərici 57,6% artaraq 69 mln. dolları ötüb.

 

Maliyyə hesabatlarına əsasən, aktivlərin səmərəli şəkildə idarə olunması nəticəsində müəssisə mövcud resurslardan optimal səviyyədə mənfəət əldə edib. Belə ki, aktivlərin gəlirlilik indikatoru (ROA - Return on Assets) ötən il artaraq 34,5% təşkil edib. Müqayisə üçün bildirək ki, bu indeks üzrə göstərici 2019-cu ildə 11% olub.

 

“AzerGold” QSC-nin ümumi kapitalı 2019-cu ildə 27,57 mln. ABŞ dolları olduğu halda, 2020-ci ildə bu göstərici 70,56 mln. ABŞ dolları (255,9%) artaraq 98 mln. ABŞ dollarından çox olub. Ümumi kapitalın artması cari ilin xalis mənfəəti hesabına, həmçinin dövlət tərəfindən nizamnamə kapitalının artırılmasına (38 milyon manat həcmində) əsaslanır. 2020-ci ilin sonuna “AzerGold” QSC-nin səhm kapitalı 29,5 mln. dolları ötüb.

 

Hesabat ilində 29,6 mln. manat məbləğində xalis mənfəət Cəmiyyət tərəfindən investisiya fəaliyyəti üzrə istifadə olunub. Qeyd edək ki, qızıl layihələrinin icrası məqsədilə kapital qoyuluşunu öz hesabına təmin edən QSC bu istiqamət üzrə dövlət büdcəsindən asılılığı tamamilə aradan qaldırıb. Dövlət büdcəsi hesabına maliyyələşmə yalnız yeni fəaliyyət sahəsi olan dəmir filizi layihələrinin icrası məqsədilə həyata keçirilir.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə “AzerGold” QSC-yə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər verlib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar səhmləri “AzerGold” QSC-yə məxsus olan ilk törəmə şirkət - “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ötən ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. Dövlət başçısının 6 avqust 2020-ci il tarixli Sərəncamına əsasən, MMC tərəfindən Daşkəsən dəmir filizi yataqlarının istismara verilməsi ilə bağlı kompleks işlərin icrası davam etdirilir.

 

Maliyyə hesabatı və digər göstəriciləri üzrə ətraflı məlumatı “AzerGold” QSC-nin rəsmi saytından (https://azergold.az/haqqimizda/maliyye-ve-audit-hesabatlari) əldə etmək olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq” 19 Oktyabr 2021, 08:51 On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15 Romanovların zinət əşyaları satışa çıxarılır 18 Oktyabr 2021, 20:56 Üç ölkənin parlament komitələri görüşdü 18 Oktyabr 2021, 20:40 Futzalda millimizin rəqibləri bəlli oldu 18 Oktyabr 2021, 20:34 Afrika ölkəsi Türkiyədən dron almaq istəyir 18 Oktyabr 2021, 20:15 Baş Prokurorluqdan Türkiyəyə SƏFƏR 18 Oktyabr 2021, 19:57 Aİ rəsmisi: “Azərbaycanın inkişaf yolunu dəstəkləyirik” 18 Oktyabr 2021, 19:44 Tbilisi teleqülləsi Azərbaycan bayrağı rəngində 18 Oktyabr 2021, 19:30 Tərtər sakini güllələnərək öldürülüb 18 Oktyabr 2021, 19:30 Sahibə Qafarova və NATO nümayəndələri arasında GÖRÜŞ 18 Oktyabr 2021, 19:20 Bakıda yanğın: 10 nəfər təxliyə edildi 18 Oktyabr 2021, 19:16 Ceyhun Bayramov BQXK rəsmisini qəbul etdi - FOTO 18 Oktyabr 2021, 19:05 Son sutkada neçə nəfərə peyvənd vurulub? 18 Oktyabr 2021, 18:41 Daha 1245 yoluxma: 13 nəfər öldü 18 Oktyabr 2021, 18:38 Gəncədə müstəqilliyin bərpasının 30 illiyi qeyd olunub 18 Oktyabr 2021, 18:28 Azərbaycanın ixracı idxalı 700 milyon dollar ÜSTƏLƏYİR 18 Oktyabr 2021, 18:12 Xüsusi Təyinatlı Qüvvələrin təlimləri BAŞLADI 18 Oktyabr 2021, 18:00 İcra başçısı məhkəmədə ifadə verdi 18 Oktyabr 2021, 17:56 Qarabağa köçəcək sakinlərin heç bir problemi olmayacaq 18 Oktyabr 2021, 17:53 Ağacları kəsən tikinti şirkəti 15 min manat cərimələndi 18 Oktyabr 2021, 17:50 İsrail Azərbaycanı təbrik etdi 18 Oktyabr 2021, 17:44