Modern.az

Peşə məktəblərinə qəbulun ikinci mərhələsi başladı

Peşə məktəblərinə qəbulun ikinci mərhələsi başladı

2 Sentyabr 2021, 09:34

Sentyabrın 2-dən 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun ikinci mərhələsinə başlanılır.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, müraciətlər portal.edu.az platforması üzərindən ödənişsiz qaydada aparılır. Boş qalan yerlərə sənəd qəbulu 6 sentyabr saat 23:59-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

 

Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi edə bilərlər.

 

Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?