Modern.az

Peyvənd olunmayan müəllimlərə xəbərdarlıq: Güzəşt edilməyəcək

Peyvənd olunmayan müəllimlərə xəbərdarlıq: Güzəşt edilməyəcək

Təhsil

7 Sentyabr 2021, 14:32

Vaksinasiya prosesi ilə bağlı güzəşt etməyi düşünmürük.

 

Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə məlumat verib.

 

Nazir qeyd edib ki, vaksin olunmayan müəllimlər və digər təhsil işçiləri də bu prosesə cəlb ediləcək:

 

"Ali təhsil sistemində əyani tədrisə keçsək də, böyük auditoriyalarda mühazirə zamanı müəyyən məhdudiyyətlər olacaq. Vaksinasiya məsələsində güzəştlər etməyi düşünmürük. Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Vaksin sertifikatı təqdim etməyənlərə güzəşt etməyəcəyik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır