Modern.az

Keçmiş Milli Qəhrəman bıçaqlandı

Keçmiş Milli Qəhrəman bıçaqlandı

Hadisə

8 Sentyabr 2021, 22:20

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Heydər Əliyev prospetində qeydə alınıb.

 

Keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Əkbərov Rasim Ağa oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Məlumata görə, R.Əkbərovu bıçaqlayan şəxs Xaliq Məmmədov adlı gəncdir. O, polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, R.Əkbərova 1992-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilsə də, həbs olunandan sonra 2001-ci ildə bu addan və "Azərbaycan Bayrağı" ordenindən məhrum edilib. O, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası almışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!