Modern.az

Naxçıvanda hərbi təhsilə maraq artıb  

Naxçıvanda hərbi təhsilə maraq artıb  

Təhsil

10 Sentyabr 2021, 08:50

"Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının nəticəsidir ki, hərbi təhsilə maraq bu tədris ilində də artıb".

 

Modern.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov deyib.

 

Onun sözlərinə görə, IX sinfi bitirən şagirdlərdən 156-sı Heydər Əliyev adına Hərbi Liseyə qəbul olaraq kursant adını qazanıb.

 

"Bununla yanaşı, məzunlardan 30-u xüsusi təyinatlı ali məktəblərə qəbul olub. Ümumilikdə 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla 2882 məzun bitirib, onlardan 2470-i, yaxud 86 faizi ali məktəblərə qəbul imtahanlarında iştirak edib".

 

Qeyd edək ki, ötən gün Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır