Modern.az

Bakıda sayt rəhbəri saxlanıldı - RƏSMİ

Bakıda sayt rəhbəri saxlanıldı - RƏSMİ

Media

10 Sentyabr 2021, 10:30

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab ötən axşam Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Bu barədə adıçəkilən saytın redaksiyası sosial şəbəkələrdə açıqlama yayıb.

 

Məlumata görə, Mahir Xəttab Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Onun YAP-ın Binəqədi rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti üzrə istintaqa cəlb olunduğu deyilir.


Modern.az-ın əldə etdiyi xəbərə görə, o, hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.


Baş Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

 

Qurumdan bildiriblər ki, faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir