28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
15 Sentyabr 2021, 08:51 | ÖLKƏ
Türkiyəli general: “Birgə təlimlərin məqsədi tamamilə fərqlidir” - EKSKLÜZİV

“Türkiyə, Azərbaycan və Pakistan arasında həyata keçirilən hərbi təlimlərin ən böyük mesajı siyasi cəhətdəndir. Azərbaycanın qələbəsi, torpaqlarını geri alması, Əfqanıstanda göstərdiyi qəhrəmanlıq, bundan əlavə Pakistan və Türkiyə ilə işbirliyinin böyüklüyü bir çox ölkəni narahat edir”.

 

Bu sözləri Modern.az-a eksklüziv açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin təqaüddə olan general- leytenantı Ərdoğan Karakuş deyib.

 

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin əhəmiyyətindən danışan general bildirib ki, bizim məqsədimiz tamamilə fərqlidir:


“Məqsədimiz birlikdə hərəkət edərək hərbi və siyasi gücümüzü ortaya qoymaqdır. Hər üç ölkəni təbrik etmək lazımdır ki, bir çox dövlətləri qıcıqlandırsa da, dünyaya qardaşlıq nümunəsi göstərirlər. Pakistanla əlaqələrimizə bəzi ölkələr şübhə edir. Azərbaycan və Türkiyənin necə ki, dili Türk dilidir, Pakistanın da rəsmi dili türkcə olan Urdu dilidir. Yəni Pakistan da rəsmi olaraq türk dilini istifadə edir. Bütün bunların hamısı bizim tarixi bağlarımızın olmasından xəbər verir.

 

Bundan əlavə, Əfqanıstandakı türklər də bizim üçün önəmlidir. Onlar Əfqanıstanda böyük bir türk toplumudur. Bunlar da təbii ki, İranı narahat edəcək. İran Türkiyə və Azərbaycan əlaqələrindən rahatsız olur. Bu, bir həqiqətdir. İşin içinə Pakistan da daxil olunca İran daha da qəzəblənir. Çünki Pakistanla araları yaxşı deyil. Bütün bunlar bir araya gəldikdə, İran əlindən gələni etsə də, heç nəyə nail olmayacaq.


İranın yarısını türklər təşkil edir, amma buna baxmayaraq, rəsmi dil kimi əsla türkcə istifadə edilməyib. Üstəlik, İran hazırda rus sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazisinə ermənilər üçün müxtəlif yüklər göndərir. Buna Rusiya şərait yaradır. Çünki Rusiyanın birbaşa oraya yolu yoxdur. Hava yolu ilə də müxtəlif problemləri var. Çünki Gürcüstanın ərazisini vaxtilə işğal etdiyinə görə, Tbilisi buna icazə vermir. Təbii ki, havadan hər şeyi daşımaq mümkün deyil”.

 

Türkiyə və Ermənistan arasındakı əlaqələr bundan sonra necə davam edəcək?

 

Türkiyəli general sualı belə cavablandırıb: “Paşinyan gördü ki, Türkiyə ilə işbirliyi etməzsə, Ermənistanın gələcəyi təhlükədə olacaq. Buna görə də Türkiyəyə təkliflər göndərdi, hazırda bunu Türkiyə qiymətləndirir. Ermənistan bununla bir şeylərə nail olmağa çalışır. Amma Türkiyənin də bir neçə tələbi olacaq. İlk olaraq, Zəngəzur dəhlizinin açılması mütləqdir. Ermənistan təbii ki, dəhlizi açacaq. Azərbaycan və Türkiyə əlaqələrinə uyğun hərəkət etməyə başlayacaq. Hazırda 150 min erməni işsiz adı ilə Türkiyədə çalışır. Onların taleyini düşünməlidirlər. Bütün bu olanların içində bizim də görəcəyimiz iş Zəngəzur dəhlizinin açılmasıdır”.

 

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mübariz İbrahimov adına məktəbin şagirdləri Türkiyədə qazilərimizi ziyarət ediblər 28 Sentyabr 2021, 11:50 Ermənistanda Şuşa və Hadrut məğlubiyyətinə görə HƏBSLƏR BAŞLADI 28 Sentyabr 2021, 11:46 Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı   28 Sentyabr 2021, 11:44 Şuşa məğlubiyyətinə görə 150 nəfərə ittiham İRƏLİ SÜRÜLÜB 28 Sentyabr 2021, 11:39 Kəlbəcər və Qubadlıda prokurorluq binalarının AÇILIŞI-FOTO 28 Sentyabr 2021, 11:34 Senat Türkiyəni yeni sanksiyalarla HƏDƏLƏDİ 28 Sentyabr 2021, 11:31 TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi 28 Sentyabr 2021, 11:28 General: “Düşmən ən çox itkini həmin döyüşlərdə verdi” 28 Sentyabr 2021, 11:25 İranda Vətən müharibəsi şəhidləri anılıb - FOTO 28 Sentyabr 2021, 11:24 Spiker: "Azərbaycan parlamenti TÜRKPA-nın inkişafına xüsusi diqqət ayırıb" 28 Sentyabr 2021, 11:23 Sülhməramlılar Qarabağda dronları havaya qaldırdı 28 Sentyabr 2021, 11:21 “Azəriqaz”ın baş direktorundan istehlakçılara MÜRACİƏT 28 Sentyabr 2021, 11:19 “Şəhidlər və itkinlər xalqımızın seçilmiş övladlarıdır” 28 Sentyabr 2021, 11:17 İctimai TV bu gündən daha bir ilkə imza atdı 28 Sentyabr 2021, 11:14 Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət 28 Sentyabr 2021, 11:08 Qazaxıstanda Nizami Gəncəvi ilə bağlı təqdimat olub 28 Sentyabr 2021, 11:06 Nazirlik kadr potensialını gücləndirir - FOTOLAR 28 Sentyabr 2021, 11:03 Daha bir vaksin maxinasiyası - 6 nəfərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54 Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021, 09:50
SORĞU Hansı vaksinə etibar edirsiniz?