Modern.az

Paşinyan Gorus-Qafan yolundakı məsələdə Azərbaycanı DƏSTƏKLƏDİ

Paşinyan Gorus-Qafan yolundakı məsələdə Azərbaycanı DƏSTƏKLƏDİ

Dünya

15 Sentyabr 2021, 17:43

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumət başçısı Gorus-Qafan yolunda Azərbaycan sərhədçilərinin yük maşınlarını yoxlamasına aydınlıq gətirib. O, postların Azərbaycan ərazisində quraşdırıldığını söyləyib.

 

“Gorus-Qafan yolu 2 yerdə Sovet Ermənistanının ərazisindən çıxır. Postlar məhz həmin yerlərdə qoyulub”.

 

Paşinyan ötən ilin dekabrında yolun Azərbaycandan keçən hissəsindən erməni tərəfinin müvəqqəti istifadə etməsi barədə razılıq əldə olunduğunu deyib. Amma bu razılıq xarici ölkələrin yük maşınlarına şamil edilmirdi. 

 

İrandan gələn yük maşınlarına görə yaşanan problemi də Nikol Paşinyan bununla əlaqələndirib.

 

Faktiki olaraq, Nikol Paşinyan Azərbaycan tərəfinin İranın yük maşınlarını öz suveren ərazisində yoxlamasını dəstəkləyib və razılaşmanı məhz erməni tərəfinin pozduğunu etiraf edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü