Modern.az

“Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi

“Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi

17 Sentyabr 2021, 00:45

Türkiyənin “Qalatasaray” klubu avrokuboklarda növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, İstanbul təmsilçisi Avropa Liqasında qrup mərhələsinə start verib.

 

E qrupunda yer alan Fatih Terimin yetirmələri evdə İtaliya “Latsio”su ilə qarşılaşıb. Matçın taleyini avtoqol həll edib.

 

Qonaqların futbolçusu Tomas Strakoşa 67-ci dəqiqədə topu öz qapısından keçirib. Bu, “Qalatasaray”a 1:0 hesablı qələbə qazandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır