Modern.az

Pandemiya daha çox yaşlı insanlara psixoloji təsir edir

Pandemiya daha çox yaşlı insanlara psixoloji təsir edir

Aktual

24 Sentyabr 2021, 17:37

“Bir ildən artıqdır ki, dünyanı ağuşuna alan koronavirus bəlası davam etməkdədir. Virus həm sağlamlığımıza ziyan vurdu, həm də digər sahələrə təsirsiz ötüşmədi. Koronavirus pandemiyası insanların psixi sağlamlığına daha çox mənfi təsir göstərdi. Bunu insanların davranışlarından və həkim rəylərindən sezə bilirik”.

 

Bunu Modern.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. Koronavirus pandemiyasının insanların psixoloji durumuna təsirlərindən söz açan E.Rüstəmov vətəndaşların yeni qaydalara uyğunlaşmasını məsləhət görüb:

  

“Pandemiya insanlar arası konkret olaraq mənfi münasibət yaradıb. Müxtəlif fəaliyyət sferalarında çalışan insanların iş münasibətinə belə təsir göstərib. Həyatın bütün istiqamətlərinə pandemiyanın təsiri hiss olunur. Hər yaş kateqoriyasına, kiçikdən tutmuş böyüyə qədər təsirlər müşahidə olunur. Xüsusən də yaşlı insanlarda pandemiyanın əks təsirləri daha çox özünü göstərir.

 

İnsanların bir qismi hazırki duruma adaptasiya olunsa da, bir çoxları buna uyğunlaşa bilmir. Pandemiyanın göstərmiş olduğu ən böyük psixoloji təsirlərdən biri də qeyri-müəyyənliyin olmasıdır. Həm yoluxma ilə bağlı, həm yoluxanların sağalması ilə bağlı, həm də vaksin olunanların sayı ilə bağlı qeyri-dəqiqlik var. Pandemiyanın təsir göstərmədiyi fəaliyyət sahəsi yoxdur. Əsas adaptasiyanı keçmək, yeni davranış modelini mənimsəmək və həyatımızı ona uyğun qurmaqdır. Bunları bacarsaq, psixoloji dayanıqlılıq geri qayıdacaq”.

 

 

Humay İsgəndərova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir