Arxiv
24 Sentyabr 2021, 18:24 | İQTİSADİYYAT
Bakıda bal yarmarkası keçiriləcək - İştirak 150 manatdır

Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 oktyabr-7 noyabr tarixlərində arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) baş tutacaq. Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək.

 

Modern.az xəbər verir ki, yarmarkada yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılar iştirak edə biləcəklər. Bal istehsalçıları iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi bal.kendden.az  saytı vasitəsi ilə onlayn qaydada həyata keçiriləcək. Arıçılar sayta daxil olaraq müvafiq xanalar üzrə şəxsi məlumatlarını və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. Yarmarkada iştirak etmək istəyən arıçılar 25 sentyabr saat 00:00-dan 29 sentyabr saat 23:59-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatı təsdiqlənmiş arıçılara 30 sentyabr tarixində SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək. 

 

Yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 olmaqla ümumilikdə ilk qeydiyyatdan keçmiş maksimum 250 arıçının iştirak etməsi nəzərdə tutulur. Yarmarkada iştirak üçün hər bir arıçının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 25 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.

 

Bal nümunələrinin qəbulu 4-12 oktyabr tarixləri arasında “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu, 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın marketinq işlərinin aparılması, loqistika, anbar işinin təşkili və digər xidmətlər daxildir.

 

Bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanışı üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə nümunələr götürüləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq təşkilat komitəsinə bildiriləcək və yalnız nümunələri qida təhlükəsizliyi standartlarına uyğun olan istehsalçıların məhsullarının satışına icazə veriləcək. Nümunələrin nəticələri müsbət olmayan bal məhsullarının satışına icazə verilməyəcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev: "Bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq"  25 Oktyabr 2021, 21:17 Prezident Qubadlı əhalisinin sayını AÇIQLADI 25 Oktyabr 2021, 21:06 Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə görüşdü - YENİLƏNİB 25 Oktyabr 2021, 20:49 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin açılışında - YENİLƏNİB  25 Oktyabr 2021, 20:45 “Qubadlı” yarımstansiyasının açılışı oldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:34 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:32 İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00