Arxiv
26 Sentyabr 2021, 13:32 | ÖLKƏ
Azərbaycandakı məhkum UŞAQLAR - Cinayət törədənlər, həbsxanaya düşənlər - STATİSTİKA

Azərbaycanda 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilmiş cinayətlərin sayı açıqlanıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il 323 belə cinayət hadisəsi qeydə alınıb. Onlardan 35-i ağır və xüsusilə ağır cinayətlərdi.

Rəsmi məlumatda görə, 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilmiş cinayət növləri aşağıdakı hərəkətlər olub:

Qəsdən adam öldürmə və adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, zorlama və zorlamaya cəhd, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, xuliqanlıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaq.

Statistikaya görə, uşaqlar arasında ən geniş yayılmış cinayət növü oğurluqdur. Ötən il uşaqların iştirakı ilə  192 belə cinayət qeydə alınıb.

2020-ci ildə cinayət törətmiş 14-17 yaşda olan uşaqların sayı 388 nəfər olub. Onlardan 376-sı oğlanlar, 12-si qızlardı. Cinayət törədən uşaqların 94 nəfərinin yaşı 14-15, 294 nəfərin yaşı 16-17 olub.


Törədilən cinayətlərə görə, 207 uşaq məhkum olunub. Onların 201-i oğlanlar, 6-sı qızlardı.

Digər təəccüblü fakt ondan ibarətdir ki, törədilən cinayətlərə görə məhkum olunmuş uşaqlar arasında hər iki valideyni olan ailədə böyüyənlər üstünlük təşkil edir. Belə ki, məhkum olunanlardan 182 uşaq hər iki valideyni olan ailədə, 23 uşaq bir valideyni olan ailədə, 2 uşaq isə internatda və uşaq evində böyüyənlərdi.


Məhkum olunan uşaqlardan 61 nəfər müəyyən müddətə azadlıqdan məhrum edilib, qalanlara digər cəza verilib.

Azadlıqdan məhrum olunmuş uşaqların 55,7 faizi (34 uşaq) 5 ilədək, 44,3 faizi isə (27 uşaq) 5 il və yuxarı müddətə cəza alıb.

Azadlıqdan məhrum olunmuş uşaqlardan qəsdən adam öldürməyə görə 8, qəsdən sağlamlığa ağır zərər vurmaya görə 11, seksual xarakterli zorakılıq hərəkətlərinə görə 8, oğurluğa görə 21, soyğunçuluğa görə 5, quldurluğa görə 4, narkotik vasitələrin və psixotrop  maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə 2, digər cinatətlərə görə 2 nəfərə iş kəsilib.



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin artdı 28 Oktyabr 2021, 17:36 "Azəriqaz" Siyəzəndə sahibkarları dinləyib 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26 Bu şəxslər 4-cü doza vaksin vurdura bilər - RƏSMİ 28 Oktyabr 2021, 15:22 Nə kişi, nə də qadın olmayan şəxsə pasport verildi - FOTO 28 Oktyabr 2021, 15:18 Hafiz Hacıyev SAĞALIR 28 Oktyabr 2021, 15:14 Şəhid və qazi ailələrinin su təchizatı yaxşılaşdırıldı 28 Oktyabr 2021, 15:10 1920-ci illərin xəritəsi: Bakı və İrəvan masaya hansı atlasla oturur? 28 Oktyabr 2021, 15:04 “Azərbaycan-NATO əməkdaşlığında Rumıniya mühüm rol oynayır” 28 Oktyabr 2021, 15:00 Yarmarkada ən çox cökə balı SATILIR 28 Oktyabr 2021, 14:55