Modern.az

Suriyada terakt törədildi: Ölən və yaralananlar var

Suriyada terakt törədildi: Ölən və yaralananlar var

Dünya

28 Sentyabr 2021, 19:28

PKK terror təşkilatı Suriyanın şimalında, Türkiyə ordusunun “Fərat Qalxanı” bölgəsində terror aktı törədib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

 

Bildirilib ki, iki fərqli ərazidə törədilən partlayışda 2 suriyalı həlak olub, 19-u yaralanıb.

 

Nazirlik qeyd edib ki, Türkiyə regionun təhlükəsizliyi və sabitliyi üçün bütün terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar