Modern.az

Vaqif Mustafayev HARALARDADIR?

Vaqif Mustafayev HARALARDADIR?

Mədəni̇yyət

7 Oktyabr 2021, 09:21

Modern.az saytı bundan sonra “...haralardadır?” adlı yeni rubrikasında geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verəcək.

Bu ilin fevralında “Space” telekanalının rəhbəri vəzifəsindən istefa verən kinorejissor Vaqif Mustafayev indi haralardadır?


Məlum olub ki, Vaqif Mustafayev “Space” TV-nin rəhbərliyindən ayrılandan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının professoru vəzifəsində çalışır.

Rejissor bu yaxınlarda “Fəryad-2″ tammetrajlı bədii filminin çəkilişlərini də yekunlaşdırıb.


Rejissor, ssenarist Vaqif Behbud oğlu Mustafayev 1953-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun rejissor bölməsini bitirib.
“Yaramaz”, “Hər şey yaxşlığa doğru”, “Yoxlama”, “Fransız” kimi məşhur filmlərə rejissorluq edib. 
Filmləri bir sıra beynəlxalq festivalda mükafatlar alıb. V.Mustafayev Dövlət Mükafatı laureatı, Xalq artistidir.

1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, "Şərəf" ordeni ilə təltif olunub.

2006 - 2021-ci illərdə “Space” televiziya kanalının rəhbəri vəzifəsində çalışıb.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü