Azərbaycanın mədəniyyət naziri Adil Kərimli iyunun 16-da Parisdə UNESCO İcraiyyə Şurasının sədri, Qətərin UNESCO yanında daimi nümayəndəsi doktor Nasser bin Həməd Al Hinzab ilə görüş keçirib.
Modern.az xəbər verir ki, görüş zamanı UNESCO çərçivəsində çoxtərəfli əməkdaşlıq, mədəni irsin qorunması, mədəniyyətlərarası dialoq və beynəlxalq humanitar təşəbbüslərlə bağlı məsələlər müzakirə olunub.
Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, ölkənin təşkilatın fəaliyyətinə verdiyi töhfələrdən danışıb.
Tərəflər UNESCO platformasında qarşılıqlı maraq doğuran təşəbbüslər, üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və mədəniyyətin beynəlxalq əməkdaşlığın inkişafındakı rolu ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.