Modern.az

Azərbaycan UNESCO Konvensiyasının Baş Assambleyasının sessiyasında - FOTO

Azərbaycan UNESCO Konvensiyasının Baş Assambleyasının sessiyasında - FOTO

Mədəniyyət

Bu gün, 13:06

İyunun 17-də UNESCO-nun Baş qərargahında Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Tərəf Dövlətlərinin Baş Assambleyasının 11-ci sessiyası keçirilib.

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, sessiyada Azərbaycan nümayəndə heyətinə mədəniyyət naziri Adil Kərimli rəhbərlik edib.

Nazir çıxışında Azərbaycanın qeyri-maddi mədəni irsin qorunması və təbliği sahəsində həyata keçirdiyi tədbirlər, milli irs nümunələrinin UNESCO siyahılarında təmsil olunması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə danışıb.

Qeyd olunub ki, Azərbaycan qeyri-maddi mədəni irsin qorunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib və bu sahədə UNESCO ilə sıx əməkdaşlığı davam etdirir.

Sessiya çərçivəsində konvensiyanın həyata keçirilməsi, irsin qorunması mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV