Modern.az

Qarabağ uğrunda şəhid olanlarındır

Qarabağ uğrunda şəhid olanlarındır

Dünya

11 Noyabr 2012, 22:14

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndiilməsinə xidmət edən deputat-tələbə layihəsinə yenidən start verdi. Bu layihə çərçivəsində deputat Rövşən Rzayevin təqdim etdiyi “Qarabağın Azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqların azad edilməsinə necə təsir edə bilər?” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

Qarabağ Azərbaycanın, Azərbaycan xalqının, onun uğrunda şəhid olanlarındır. Qarabağ  Azərbaycanımızın ayrılmaz bir hissesi, bir parcasıdır. Bu danılmayan, danılması mumkun olmayan bir heqiqetdir.Lakin, görunur,xbu tarixi fakt,bu heqiqet,bu gercəklik,öz  tesdiqini tapmış,möhurlenmiş Qarabağ  meselesi torpağı, xalqı, veteni, soyu-köku olmayan, onların vətən adlandırdığı əslində isə başqalarına-Azerbaycan xalqına mexsus torpaqlarda meskunlaşan, heç bir tarixi fakta sökənməyən dövlət yaradan, minlərlə Azərbaycanlını öz doğma evindən,torpağından didərgin salan təcavuzkar və heç bir sözə, cumləyə sığmayacaq qədər qəddar olan erməni quldurları tərfindən pozulmuş, öz mənafelərinə, məqsədlərinə xidmət edə biləcək formada qəbul edilmişdir .Yəni,hər bir azərbaycanlının bildiyi kimi,Azərbaycanın torpağı, xalqı qəddar, amansız və acgöz erməni daşnaqlarının mənasız,duşunulməmiş və sadəcə olaraq başqalarına məxsus olanı ələ keçirmək məqsədinə xidmet edən istəklerinin qurbanı olmuşdur. Azərbaycanın torpaqları-Qarabağ, Laçın, Zəngilan və bunlar da daxil olmaqla,torpaqlarımızın 20 faizi  ermənilər-Azerbaycan xalqının dövlət, xalq kimi qebul etmədiyi ermənilər tərəfindən işğal olunmuşdur. Əsl Azərbaycan vətəndaşları bu yolda şəhidlik zirvəsinə ucalmışlar. Amma,mudafiə olunmağımıza,minlərlə vətəndaşımızın şəhid olmasına baxmayaraq, itirdiyimiz torpaqları muharibə olmadan, yenidən itki vermədən,sulh danışıqları ilə geri qaytarmaq, azad etmək necə, mümkündürmü?

Mən Azərbaycan xalqının bir uzvu,Azərbaycan Respublikasının vətəndaşı,bu dövlətin gənc nəslinin bir fərdi və ən əsası ,dövlətinin inkişaf etməsində iştirak etmək istəyən tələbə kimi qeyd etmək isterdim ki,biz yenə də muharibə olmasını,qanlar tökulməsini,gunahsız insanların həlak olmasını  istəmirik.Hörmətli liderimiz,dövlətimizin ali baş komandanı İlham Əliyev cənablarının göstərdiyi səylər nəticəsində inanırıq ki,torpaqlarımız mustəqillik əldə edəcək.Və həm də inanırıq kı,bu Azəbaycan xalqı ,umumilikdə,dunyamız uçun ən xeyirlisi olacaq.Amma,biz bu yolda prezidentimizi də tək qoymamalıyıq.Xarici quvvələrə və duşmənimizə qarşı vahid cəbhədə birləşərək aparacağımız muzakirədə,muharibədə,danışıqlarda bir yerdə olmalı və hər birimiz bir məqsədə xidmət etməliyik.

Və yenə də olkəsini,xalqını həmişə zirvələrdə gormək istəyən tələbə olaraq donə-donə qedyd edirəm ki,biz sulh,əmin-amanlıq istəyirik və buna inanırıq.İnanıram ki,aparılan danışıqlar uğurla nəticələnəcək,torpaqlarımız azad olacaq.Həm də ona inanıram ki,bu tək mənim yox,butun Azərbaycan xalqının istəyi və məqsədidir.                                                                                                     

Musayeva Aişə Pedoqoji Fakültə 102

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır