Arxiv
11 Oktyabr 2021, 09:44 | QARABAĞ
Başlıbel faciəsindən sağ qalan Kəlbəcər sakini Baş Prokurorluqdan KÖMƏK İSTƏDİ

“Başlıbel kəndi rayonla 64 km məsafədə yerləşdiyindən, 2 aprel 1993-cü ildə Kəlbəcərin işğalından gec xəbər tutduq. Başlıbel kəndinin rayona çıxış yolu “Tunel”dən keçirdi. Kəndi tərk edən maşınlar geri qayıtdılar. Dedilər ermənilər artıq “Tunel”i tutublar. Sakinlər kənddən dağ yolu ilə piyada çıxmağa başladılar. Camaat heç paltar belə götürə bilmədi”.

 

 

Bu sözləri Modern.az-a 113 gün düşmən mühasirəsində qalan Başlıbel sakini Habil Sönməzoğlu babasının qalıqlarının tapılması ilə bağlı müvafiq orqanlara müraciətində bildirib.

 

H.Sönməzoğlu illər sonra babasının qalıqlarının tapılıb dəfn edilməsi üçün aidiyyatı qurumlardan yardım istəyir:

 

“Bizim ailə 7 nəfərdən ibarət idi. Babam Kazımov Ələsgər Ələsgər oğlu yaşlı idi. Biz - azyaşlılar dağ yolu ilə Başlıbeli tərk edə bilməyəcəyimiz üçün məcbur olub buranı tərk edə bilməyən 62 nəfər sakinlə kənddə qaldıq.

 

3 aprel 1993-cü ildə Laçın rayon Danbulaq kənd sakini olan bir ailənin 4 nəfər üzvü və Laçın rayonunda olan hərbi hissənin 9 əsgəri də bizə qoşuldu.

 

4 apreldə ermənilər Başlıbel kəndinə gəldilər. Kənd sakini Qənəhət müəllimi çox ağır işgəncələrlə qətlə yetirdilər. Biz qaçaraq, dağda yerləşən “Şırran” kahasında (mağara) gizləndik.

 

18 apreldə erməni əsgərləri kahada bizə hücum etdilər. 12 nəfəri - uşaq, qadın, qocanı amansızlıqla qətlə yetirdilər, 14 nəfəri girov apardılar.

 

Bir nəfər, İkinci dünya müharibəsi iştirakçısı, hər iki ayağından əlil Hüseyn kişini kəndin Mədəniyyət evində diri-diri yandırdılar. Rəhmətlik anam hər iki qolundan güllə yarası aldı.

Mən girovların içindən anamı, qardaşımı, bacımı və Nərgiz xanımla iki körpə uşağı güclə çıxarıb qaçıra bildim”.

 

 

 

Başlıbel sakini bildirib ki, atışma zamanı atasından, 7 yaşlı bacısı Tacirədən və babası Ələsgər kişidən ayrı düşüblər:

 

“Erməninin əlindən sağ qalıb qaça bilən hərə bir tərəfə dağılmışdı. 25 aprel 1993 - cü ildə babamgili “Nəbi” kahasında tapa bildim. Butün sağ qalıb ayrı düşənlərimizlə birlikdə bir müddət orada qaldıq. “Nəbi” kahası çox uzaq olduğundan sonradan “Barutlu” kahasına gəldik. Elə günlər olurdu ki, bir tikə çörək belə tapa bilmirdik”.

 

H.Sönməzoğlu ermənilərin müntəzəm olaraq, Başlıbel kəndində qaldıqlarını vurğulayıb:

 


“Biz 17 iyul 1993-cü ildə Başlıbel kəndindən Daşkəsən rayonu tərəfə yola çıxdıq. Babam Kazımov Ələsgər Ələsgər oğlu “Barutlu” kahasında qaldı. Nə qədər çalışsaq da, onu yola gətirə bilmədik. Kəndi tərk etməyə razı olmadı.

Biz 113 gün mühasirədə qalmışıq, Başlıbel kəndində nələr çəkmişik, onu bir Allah bilir. Çıxarkən heç bir sənəd götürə bilmədik. O vaxtdan babamdan da xəbərimiz olmadı. Bu yaxınlarda Başlıbel sakinlərinin qalıqlarını tapıb dəfn etdilər. Mən babam olan kaha tərəfdə insan sümüklərinə rast gəldim, amma təhlükəsizlik səbəbindən ora yaxınlaşmağa icazə vermədilər. Atam deyir ki, babam Ələsgər kişi keçmiş SSRİ dövründə - 1980-ci ildə o zamankı qırmızı pasportu alıb. Sənədlərinin surətinin Ədiliyyə Nazirliyinin arxivində olma ehtimalı var. Mən aidiyyatı orqanlardan, Baş Prokurorluqdan babamın qalıqlarının tapılıb dəfn edilməsi üçün kömək istəyirəm. Xahiş edirəm bunu bizdən əsirgəməsinlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50 Ərdoğan Azərbaycanın qələbəsindən söz açdı 28 Noyabr 2021, 17:42 Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı 28 Noyabr 2021, 17:17 Ərdoğan və Rəisi Azərbaycanı MÜZAKİRƏ ETDİ 28 Noyabr 2021, 17:12 Kuçava Rusiyanı işğalçı adlandırıldı 28 Noyabr 2021, 16:58 Pakistan prezidenti İlham Əliyevi təbrik etdi 28 Noyabr 2021, 16:49 III doza vaksin VURDURANLAR 28 Noyabr 2021, 16:40
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?