Modern.az

Azərbaycan Əfqanıstandan qaçqın qəbul edib? - RƏSMİ 

Azərbaycan Əfqanıstandan qaçqın qəbul edib? - RƏSMİ 

16 Oktyabr 2021, 09:15

“COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə giriş-çıxış məhdudiyyətləri tətbiq edildiyindən Əfqanıstan İslam Respublikası vətəndaşlarının qaçqın statusu verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydiyyata alınmamışdır”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, DMX-nın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov bildirib. 

 

“Bununla belə, son 3 ay ərzində Əfqanıstanda baş verən hadisələrlə əlaqədar olaraq Azərbaycanda sığınacaq almaq niyyətində olan və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda olan ümumilikdə 118 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı barədə elektron məlumatlar həm bilavasitə, həm də digər dövlət qurumları vasitəsilə Dövlət Miqrasiya Xidmətinə daxil olmuşdur. Həmin məlumatlara qanunvericiliyin tələblərinə əsasən baxılmışdır”,- deyə qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər