Modern.az

Ərdoğanla Merkel arasında koalisiya POLEMİKASI

Ərdoğanla Merkel arasında koalisiya POLEMİKASI

16 Oktyabr 2021, 22:26

Xəbər verdiyimiz kimi, Almaniya kansleri Angela Merkel Ankaraya səfər edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuat konfransı keçirib.

 

Modern.az xəbər verir ki, birgə mətbuat konfransı zamanı Ərdoğan Merkelin hakimiyyəti dövründə koalisiya hökumətləri olmasaydı, iki ölkə arasındakı əlaqələrin daha yaxşı olacağını bildirib.

 

Türkiyə Prezidenti qeyd edib ki, koalisiya hökumətləri işi hər zaman çətinləşdirir.

 

“Bizim koalisiya hökumətləri də heç bir nəticə əldə etmədi. Ancaq prezident idarəetmə sisteminə keçməklə bu koalisiyalardan xilas olduq və intensiv işə başladıq”, - deyə Ərdoğan bildirib.

 

Ərdoğanın bu sözlərindən sonra iki lider arasında aşağıdakı dialoq baş verib:

 

Merkel: Belə başa düşülməsin ki, koalisiyada təmsil olunan tərəfdaşlarımızla işləməkdən məmnun deyilik. Bu Almaniya hökumətlərinin xüsusiyyətidir, koalisiya bizim siyasi sistemimizə uyğundur. Biz prezident sisteminə keçmək istəmirik.

 

Ərdoğan: Hörmətli kansler, ancaq şikayətlərinizi zaman-zaman mənə çatdırırdınız.

 

Merkel: Düzdür, həyat belədir. Amma yenə də gözəl həyatdır.

 

Ərdoğan: Nəvəm deyir ki, “baba, nə edəcəksən, həyat belədir”.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır