Arxiv
19 Oktyabr 2021, 11:20 | AKTUAL
Pandemiya hər yaş qrupuna təsir edir

Bütün dünya Pandemiyaya qarşı mübarizə apardığı bir zamanda hər bir vətəndaş bu məsələdə sosial məsuliyyət daşıyır. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Hazırda hər bir vətəndaşımızın 4 növ vaksin seçimi hüququ var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 2 milyon dozadan artıq peyvənd istifadə edilib. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliyə qarşı hazırlıqlı olur və xəstəlik zamanı ağırlaşmanın qarşısı alınır.

 

Artıq Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edir və bu virusa  gənc və sağlam insanlar da yoluxurlar. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini vacib edir.  Peyvənddən bir müddət keçdikdən sonra qorunma səviyyəsi zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı nəzərdə tutur.

 

Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha böyükdür. 

 

Məlumdur ki, bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nefroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb və yan təsirlər isə hər kəsdə olan təsirlərdir. Hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski vardır. Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir.  Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. 

 

Apılan tədqiatlar göstərir ki, buster dozasının qəbulundan sonra xəstəliyitutlanların ayə çox az olur. Belə ki, İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Tədqiqatlara görə buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artmışdır;

 

Buster peyvəndin gücləndirici dozası sayılır. Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3-cü peyvənd dozası – buster dozası təklif olunur. Sağlamlığımızı təmin etmək üçün bu dozanı vurdurmalıyıq.

 

Aytən Süleymanova

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov Rayonunun fəal gənci

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukraynaya daha çox "Bayraktar" SATILIB? 4 Dekabr 2021, 20:33 “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb” 4 Dekabr 2021, 20:16 "Qarabağ" "Sabah"ı darmadağın etdi - Qış çempionu oldu 4 Dekabr 2021, 20:13 İndoneziyada vulkan püskürdü - Ölü və yaralılar var 4 Dekabr 2021, 20:07 Şabranda quşçuluq sexində yanğın 4 Dekabr 2021, 19:55 "Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26 Aziz Sancar səfirlə birgə Şuşada - FOTO 4 Dekabr 2021, 15:18 “Yevlax Pilot Aqropark”ı açıldı 4 Dekabr 2021, 15:10 Ramil Səfərov barəsindəki iddialar TƏKZİB OLUNDU 4 Dekabr 2021, 14:57 İlham Əliyev kralı təbrik etdi 4 Dekabr 2021, 14:48 Güləş Federasiyasının ofisindən oğurluq edənlər saxlanıldı 4 Dekabr 2021, 14:46
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?