Modern.az

Kəlbəcərdə yol çəkilişindəki ölüm ARAŞDIRILIR

Kəlbəcərdə yol çəkilişindəki ölüm ARAŞDIRILIR

19 Oktyabr 2021, 12:03

Sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçaları düşüb.

 

Baş Prokurorluğun mətbuat xidmətidən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nəticədə ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir