Arxiv
19 Oktyabr 2021, 12:20 | PARLAMENT
Assambleyaya koordinatorluq Azərbaycana keçəcək

Milli Məclisin deputatları Emin Hacıyev və Könül Nurullayeva MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının 17-ci iclasında və bu çərçivədə keçiriləcək tədbirlərdə iştirak etmək üçün oktyabrın 20-dən 23-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının oktyabrın 21-də keçiriləcək 17-ci iclasında qurumun 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, “MDB-yə üzv ölkələrdə gənclər turizmi: hazırkı vəziyyət və əsas inkişaf istiqamətləri”, “MDB gəncləri və dayanıqlı inkişaf məqsədləri”, “MDB-yə üzv ölkələrin Parlamentlərarası Gənclər Forumunun keçirilməsinə hazırlıq işləri” kimi məsələlər nəzərdən keçiriləcək.

 

İclasda təşkilata koordinatorluq rotasiya qaydasında Azərbaycana keçəcək və Milli Məclisin MDB Gənclər PA-dakı nümayəndə heyətinin rəhbəri Emin Hacıyev tədbirə moderatorluq edəcək. Toplantıda Milli Məclisin deputatı Könül Nurullayeva “MDB-yə üzv ölkələrdə gənclər turizmi: hazırkı vəziyyət və əsas inkişaf istiqamətləri” mövzusunda çıxış edəcək.

 

Oktyabrın 22-də isə 2021-ci ilin “MDB-də arxitektura və şəhərsalma ili” elan olunmasına həsr edilmiş “Müasir şəhərin siması” mövzusunda konfrans keçiriləcək. Konfrans MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru Emin Hacıyevin açılış nitqi ilə başlayacaq. Konfransın nəticələri əsasında MDB PA-ya və MDB üzvlərinin qanunverici və icraedici orqanlarına ünvanlanmış tövsiyələr hazırlanacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
20 yaşlı polis VƏFAT ETDİ 30 Noyabr 2021, 00:09 Ailənin 5 üzvü dəm qazından zəhərləndi 30 Noyabr 2021, 00:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 29 Noyabr 2021, 23:54 Konqoda qaçqın düşərgəsinə hücum: 20 ölü 29 Noyabr 2021, 23:29 Polisdən mülki geyimdə REYD 29 Noyabr 2021, 23:03 Qlobal səylər səfərbər edilir 29 Noyabr 2021, 22:46 Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa HAZIRDIR 29 Noyabr 2021, 22:32 Aİ rəsmisi təhsil naziri ilə danışıqlar APARDI 29 Noyabr 2021, 22:22 “Omikron” ştammı İsveçdə 29 Noyabr 2021, 22:09 İstanbulda məktəblər  BAĞLANDI 29 Noyabr 2021, 21:53 Emin Əmrullayev Dünya Bankının rəsmisi ilə GÖRÜŞDÜ 29 Noyabr 2021, 21:40 Aİ yeni media qanunu hazırlayır 29 Noyabr 2021, 21:24 Belarusdan Ukrayna ilə sərhəddə təlim QƏRARI 29 Noyabr 2021, 21:03 Xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb 29 Noyabr 2021, 20:47 “Twitter”in rəhbəri istefa VERDİ   29 Noyabr 2021, 20:37 Əks-göstəriş sertifikatı ilə bağlı yeni qaydalar 29 Noyabr 2021, 20:23 İranda helikopter qəzası 29 Noyabr 2021, 20:11 Əlaqələndirmə mərkəzlərində vətəndaşlara göstəriləcək xidmətlər 29 Noyabr 2021, 19:52 COVID sertifikatının verilmə QAYDASI 29 Noyabr 2021, 19:33 COVID-19-la bağlı sertifikatlar TƏSDİQLƏNDİ 29 Noyabr 2021, 19:21 Türkiyədə qasırğa - 4 nəfər ÖLDÜ 29 Noyabr 2021, 19:19 Yeni il qabağı karantinə nəzarət GÜCLƏNDİRİLİR 29 Noyabr 2021, 19:10 Operativ Qərargahdan "Omicron"la bağlı TAPŞIRIQ 29 Noyabr 2021, 19:07 2 rayonda qaz OLMAYACAQ 29 Noyabr 2021, 18:50 Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR 29 Noyabr 2021, 18:42 Ermənistanın Azərbaycana  kiberhücumları - VİDEO 29 Noyabr 2021, 18:21 Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya APARILDI 29 Noyabr 2021, 18:05 Fəlsəfə doktorluğu üçün QEYDİYYAT 29 Noyabr 2021, 18:00 Putin xüsusi nümayəndəsini İrana göndərdi 29 Noyabr 2021, 17:55 XİN rəhbərləri arasında məsləhətləşmə 29 Noyabr 2021, 17:50 Aşağı Gövhərağa məscidi bərpa olunur 29 Noyabr 2021, 17:46 Dolların məzənnəsi sabit qaldı 29 Noyabr 2021, 17:42 Bolqarıstanlı xanım Azərbaycanda nazir müavini TƏYİN EDİLDİ 29 Noyabr 2021, 17:38 Yaponiyada güclü ZƏLZƏLƏ 29 Noyabr 2021, 17:32 Gənclər və idman nazirinin yeni müavini - DOSYE 29 Noyabr 2021, 17:26
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?