Modern.az

Yaponiyadakı Azərbaycan diasporundan bəyanat

Yaponiyadakı Azərbaycan diasporundan bəyanat

19 Oktyabr 2021, 16:15

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi 18 oktyabr –  Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatda etibarlı və nüfuzlu beynəlxalq tərəfdaş, regional və qlobal əhəmiyyətli enerji layihələrinin təşəbbüskarı kimi tanınan Azərbaycanın XX əsrdə dövlət müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi, ötən il Vətən müharibəsində böyük Zəfər qazandığı barədə ətraflı məlumat verilib. 

 

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən birinin Yaponiya olduğu, rəsmi Tokionun ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verdiyi, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində yapon şirkətlərinin yaxından iştirak etdiyi nəzərə çatdırılıb. 

 

Bəyanat Yaponiya parlamentinə, Xarici İşlər Nazirliyinə, kütləvi informasiya vasitələrinə və qeyri-hökumət təşkilatlarına göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər